İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN QARŞILIQLI TƏRCÜMƏSİ

Authors

  • ADPU XDM
 İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN QARŞILIQLI TƏRCÜMƏSİ

Abstract

Məqalədə frazeoloji vahidlərin mənbə dilindən hədəf dilə çevrilməsinin vacib yolları və vasitələri müzakirə olunur. İngilis dili frazeologizmlərin azərbaycan dilinə tərcüməsi çox çətin və məsuliyyətli işdir. Bu çətinliklər ingilis dili ilə azərbaycan di- lininin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqdən irəli gəlir.

Tərcüməçi ingilis dilində verilmiş frazeologizmi azərbaycan dilinə düzgün, səhvə yol vermədən, orijinaldakı xüsusiyyətlərini saxlayaraq tərcümə etmək üçün tərcümə metodlarından düzgüz istifadə etmək bacarığına malik olmalı, bədii əsərin kontekstindən uzaqlaşmamalı , orijinalda təsvir olunan xalqın həyatını və milli varlı- ğını təşkil edən xüsusiyyətlərini bilməli ,tərcümə etdiyi dilin tələblərinə cavab ver- məlidir . Frazeoloji vahidin bir hissəsi olan milli və mədəni xüsusiyyətlər tez-tez mə- cazi, orijinal dildən analoq dilə keçidin tərcüməsi zamanı mürəkkəb bir hadisəyə çev- rilir. Bir dil cəmiyyətinin şüurunda meydana çıxan frazeoloji mənzərə həmişə başqa bir toplumun münasibəti ilə üst-üstə düşmür. Müxtəlif mədəniyyətlər arasında ünsiy- yət vəziyyətində ortaq bir anlaşma versiyasını tapmaq üçün tərcüməçi, bu məqalənin bir vəzifəsi olan sistemləşdirmə üçün təsviri şərh metodlarına müraciət edir. Bu mə- qalədə tərcüməçinin fikirlərinin tərcümədə əhəmiyyəti də vurğulanır. Tədqiqatda həmçinin tərcümə prosesində lüğətdən düzgün istifadə ,dil və üslub məsələlərinə də- rindən diqqət yetirmənın vacibliyi vurğulanmışdır.

Məqalənin məqsədi frazeoloji vahidlərin tərcüməsi zamanı hansı problem- lərin meydana çıxa biləcəyini və frazeoloji vahidlərin tərcüməsinin necə başa düşül- düyünü üzə çıxarmaqdır. Müasir ingilis frazeoloji ifadələrin dünyası o qədər möhtə- şəm və rəngarəngdir ki, bu sahədə aparılmış tədqiqatın hər bir aspekti diqqətə layiq- dir.

Keywords:

frazeoloji vahidlər tərcümə nəzəriyyəsi dilçilik frazeoloji ekvivalentlər

Beynəlxalq aləmdə ingilis dilinin əhəmiyyətinin getdikcə artması ilə əlaqədar olaraq təkcə leksik vahidlər yox, frazeoloji birləşmələr də külli miqdarda bu dildən başqa dillərə, o cümlədən Azərbaycan dilinə keçir. İngilis dili frazeologiyasının Azərbaycanda öyrənilməsi yeni bir məsələ deyil. Azərbaycan dili tarixində bu proses hələ sovet dövründə və rus dilinin vasitəçiliyi ilə başlanmışdır. Azərbaycan dilçili- yində ingilis dili frazeoloji vahidləri müqayisəli şəkildə tədqiq edilmiş, ingiliscə- azərbaycanca frazeoloji lüğət tərtib edilmişdir. İngilis dili frazeologiyasının öyrənilməsi, digər tərəfdən, ingilis dilinin beynəlxalq ünsiyyət vasitəsi kimi rolunun getdikcə daha da artması ilə şərtlənir. Dilin işarəvilik xüsusiyyətləri ilə yanaşı, kommunikativlik xüsusiyyətlərinin xüsusiyyətlərinin mühüm yer tutduğu müasir dövrümüzdə frazeologiyanın əhəmiyyəti çox böyükdür. İnsanın nitq fəaliyyəti dilin bütün vahidləri kimi, frazeoloji vahidlərin də əmələgəlmə mənbəyidir. Frazeoloji vahidlər, hər şeydən əvvəl,  söz birləşmələri  olub,  kommunikativ  məqsədlərə xidmət edir. Hal-hazırda Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar olaraq onun ingilis dili ilə bilavasitə təmasları gündən-günə genişlənir. Hal-hazırda tədqiqatçılar arasında qohum olmayan dillərin frazeologiyasının müqayisəli şəkildə öyrənilməsi böyük maraq doğurur. Bu həm nəzəri, həm də praktik planda tərcümə, xarici dillərin tədrisi, leksikoqrafiya üçün mühüm əhəmiyyət kəsb edir”. Bu baxımdan istər ölkəmizdə, istərsə də xaricdə müxtəlif dillərdə mövcud olan həm semantik-üslubi, həm də formaca bir-birinə uyğun gələn frazeologizmlərin tərcüməsi çox çətin və məsuliyyətli bir işdir. Görkəmli rus yazıçısı M.Qorki belə hesab edirdi ki, hər hansı bir fikri tərcümə etmək üçün hər bir dilin kifayət qədər imkan və vasitəsi vardır. Bu müddəa eynilə azərbaycan dilinə də aid ola bilər. Təcrübə göstərir ki, dünyanın ən zəngin dillərində verilmiş elə bir fikir tapmaq çətindir ki, onu bizim dilimizdə ifadə etmək qeyri-mümkün olsun. Bununla belə, ingilis dilində olan frazeologizmləri azər- baycan dilinə tərcümə edərkən müəyyən çətinliklərə də təsadüf olunur ki, bu çətinlik- lər ingilis dili ilə azərbaycan dilininin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqlərdən irəli gəlir. İngilis dilindəki sabit söz birləşmələrinin azərbaycan dilindəki qarşılığı ilə tam, eyni ilə uyğun gəlməməsinin əsas səbəbi onların ingilis dilinin qay- da-qanunları əsasında, xalqın həyat tərzindən, məişətindən, dünyagörüşünə təsir edən amillərdən asılı olaraq həmin dilin yüz illər boyu davam edən tarixi inkişafı nəticə- sində sabitləşməsidir. Buna görə də frazeologizmlərin lüğətlərdə dəqiq qarşılığının verilməsi, demək olar ki, mümkün də deyil. Frazeoloji birləşmələr hər bir xalqın mil- li kaloritini, adət-ənənəsini, nəhayət dil sistemindəki özünəməxsus leksik-qrammatik formalarını əks etdirdiyindən belə ifadələr azərbaycan dilinə tərcümə edilərkən oriji- naldakı xüsusiyyətlərinin hamsını eyni dərəcədə saxlamaq imkanı xaricindədir.

Frazeologizmlərin tərcüməsi zamanı lüğətdən düzgün istifadə olunmalı, dil və üslubi məsələlərinə dərindən diqqət yetirilməlidir. Frazeologizmlərin tərcüməsi de- dikdə hər şeydən əvvəl aşağıdakı iki başlıca moment nəzərdə tutulur:

  1. tərcümə olunacaq frazeologizmi tam başa düşmək,
  2. başa düşülmüş frazeo- logizmin adekvat şəkildə ana dilində ifadə olunması.

Bu iki momentin vəhdətindən ibarət olan tərcümə prossesində ingilis dilində söylənilmiş frazeologizm semantik, stilistik və qrammatik nöqteyi-nəzərdən təhlil olunur, həmin birləşmənin leksik mənası və üslubi xüsusiyyəti ilə yanaşı, onun qram- matik məna və vəzifəsi müəyyən edilir. Bütün bunlar ana dilinin normaları ilə tutuşdurulur və nəticədə ingilis dilində söylənilmiş frazeologizm ana dilindəki ifadə vasitələri ilə müəyəynləşdirilir. Bütün tərcümə prossesi tutuşdurma və müqayisə əsasında gedir. [ 5.s.141]

Frazeologizmlərin dəqiq və mükəmməl formada tərcüməsi ingilis dilinin fra- zeologizmləri ilə azərbaycan dilinə frazeologizmləri arasındakı əlaqədən, uyğunluq dərəcəsindən asılıdır. Frazeologizmlər tərcümə nöqteyi-nəzərdən iki qrupa bölünür- lər: 1) ekvivalent frazeologizmlər, 2) ekvivalantsiz frazeologizmlər.

  1. Ekvivalent frazeologizmlər.

Tərcümə olunduğu dildə ekvivalenti olan frazeologizmlərə ekvivalent frazeo- logizmlər deyilir. Bu frazeologizmlərin iki növü var:

  1. tam frazeoloji ekvivalentlər,
  2. natamam frazeoloji ekvivalentlər.
  3. Tam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə məna, leksik tərkib, bədiilik, qrammatik quruluş və üslubi çalarlıq baxımından tərcümə olunduğu dilin frazeologizmləri ilə uyğun gələn və yaxud üst-üstə düşən, dildə hazır şəkildə olan frazeologizmlər daxildir. Bunlara aşağıdakı frazeologizmləri misal gös- tərmək olar:

Achilles’ heel “axilles dabanı”, Augean stables “avgin tövlələri”, to show so- mebody the door “bir kəsə qapını göstərmək” (bir kəsi qovmaq), as cold as ice “buz kimi soyuq”, the iron heel “dəmir daban”(imperializm), in the sweat of one’s brow “alının təri ilə”, a labour of Sisyphus “sizif əməyi”, in the seventh heaven “göyün yeddinci qatında”, to frown one’s eyebrows “qaşlarını çatmaq”, Lares and Penates “larlar və penatlar”, a labor of Hercules “herkules əməyi”, to stick like a leech “zəli kimi yapışmaq”, to dig a pit for somebody “bir kəsə quyu qazmaq”, to gnash the te- eth “dişlərini qıcırdatmaq”[2, s .199]

  1. Natamam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə isə tərcümə olunduğu dilin frazeologizmləri ilə bədiilik və məna baxımından nisbətən uyğun gəlməyən frazeologizmlər daxildir. Tərcüməçi bu cür frazeologizmləri tərcü- mə edərkən onun ifadəliliyini, emosionallığını da nəzərə almalıdır. Natamam frazeo- loji ekvivalentlərə aşağıdakı frazeologizmləri misal göstərə bilərik:

To be in black book “qara siyahıda olmaq”, golden opportunity “gözəl fürsət”, to be in pins and needles “tikan üstündə oturmaq”, to fall on stony ground “boşa çıx- maq”, to have pity on (smb.) “bir kəsə ürəyi yanmaq”, to catch somebody red-han- ded “bir kəsi cinayət üstündə yaxalamaq”, to call a spade a spade “necə var, elə de- mək”, one swallow does not make a summer “bir güllə bahar olmaz”, to burn the candle at both ends “ömrünü puç etmək”, between hammer and anvil “od ilə su arasında”, to make a monkey out of somebody “bir kəsi ələ salmaq”, fly off the handle “özündən çıxmaq”, small talk “boş söhbət”və s. Natamam frazeoloji ekvivalentlər özləri də üç qrupa bölünür. 1.Birinci qrup natamam frazeoloji ekvivalentlərin tərkibinə tərcümə olunduğu dilin frazeologizmləri ilə mənaca uyğun gələn, bədiilik və üslubi çalarlılıq baxımından yaxın olan, lakin leksik tərkibinə görə fərqlənən frazeologizmlər daxildir. Məsələn: a wolf in sheep’s clothing “qoyun dərisi geymiş canavar”,

the game is not worth the candle “əl bulamağa dəyməz”, the talk of the town “dillərə dastan”, don’t count your chickens before they are hatched “cücəni payızda sayarlar”, the first portent “müjdəçi”, “ilk əlamət”. 2. İkinci qrup natamam frazeoloji ek- vivalentlərin tərkibinə isə tərcümə olunduğu dilin frazeologizmləri ilə məna, leksik tərkib, bədiilik, üslubi çalarlılıq baxımından uyğun gələn, lakin bəzi formal əlamətlə- rinə görə fərqlənən frazeologizmlər daxildir. Onlar tərkibindəki sözlərin sırasına və sayına görə tərcümə olunduğu dilin frazeologizmlərindən fərqlənirlər. Məsələn: all is not gold that glitters “hər parıldayan qızıl deyildir”, strike while the iron is hot “də- miri isti-isti döyərlər”. There is no rose without a thrown “tikansız qızılgül olmaz”, fish in trebled water “bulanıq suda balıq tutmaq” frazeologizmlərində isə sözlərin sa- yı fərqlidir. 3.Üçüncü qrup natamam frazeoloji ekvivalentlər tərcümə olunduğu dilin frazeologizmləri ilə bütün xüsusiyyətlərinə görə uyğun gələn, lakin bədiilik baxımın- dan fərqlənən frazeologizmlərdir. Məsələn: to spread before the eye “elə bil ovucu- mun içindədir”, as old as hills “dünya qədər qoca”, “be born with a silver spoon in one’s mouth “xoşbəxt ulduz altında doğulmaq” .

  1. Ekvivalentsiz frazeologizmlər.

Ekvivalentsiz frazeologizmlər dildə sayca ən çox olan frazeologizmlərdir. Belə frazeologizmlərin sırasına tərcümə olunduğu dildə ekvivalenti olmayan frazeolo- gizmlər daxildir. Onları tərcümə edərkən tərcüməçi tərcümənin qeyri-frazeoloji üsul- larından istifadə edir. Onların tərcüməsi frazeoloji deyil, leksik vasitələrin köməyi ilə verilir. Ekvivalentsiz frazeologizmlərin tərcüməsini heç bir zaman dəqiq tərcümə ad- landırmaq olmaz. Bu cür frazaologizmlərin tərcüməsində həmişə bəzi çatışmamazlıq- lar olur. (bədiilik, ekspressivlik, məna çalarları və.s.) Məsələn: What will Mrs Crundy say? “camaat bizə nə deyər?”, Paul Pry “Paul Pray”, “burnunu hər yerə so- xan insan”, Cordelia’s gift “sakit,incə qadın səsi”(King lear əsərinin qəhrəmanı Kor- deliyanın səsi kimi),Jack Sprat “cırtdan”, “çox kiçik boylu”, Tom Tiddler’s ground “xəzinə”(bu frazeologizm qədim uşaq oyununun adı ilə əlaqədar olaraq yaranmışdı. Bu oyunda kim Tom Tiddler olarsa, O, öz dayandığı yerə heç kəsi qoymamalıdır.) [1.s.76]. Ekvivalentsiz frazeologizmlərin tərcüməsində kalka tərcümə növündən ge- niş istifadə olunur.

References

Амосова Н. Н. Основы английской фразеологии. Л.,1963

Arnold İ. V. The Engilish Word. M-L., 1966

Vəliyeva N. Azərbaycanca-ingiliscə- rusca frazeoloji lüğət. Bakı, 2006.

Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978.

Комиссаров В. Н. Лингвистический перевод. М.,1980 səh

Кунин А. В. Английская фразеология. М., 1970.

Published

Downloads

Author Biography

Sarıgül Oruc qızı SADIXOVA,
ADPU XDM

müəllimi

How to Cite

SADIXOVA, S. O. qızı. (2025). İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN QARŞILIQLI TƏRCÜMƏSİ. The Lingua Spectrum, 12(2), 595–598. Retrieved from https://lingvospektr.uz/index.php/lngsp/article/view/1337